"Bakı" məğlub edə biləcəyimiz bir komandadır"
" Oyuna yaxşı başladıq, epizodlarımız da oldu. İlk hissə də "Bakı" bir epizod yaratdı, bu da qol oldu".
Sportal.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Güvənc Kurtar bildirib. O, komandasının hələ də şansı olduğunu da bildirib:
"İkinci hissədə bir az risk aldıq, əsas gücümüzü hücumda göstərmək istədik, amma qol vura bilmədik. Hakim 83-cü dəqiqədə yüz faizlik penaltimimizi vermədi, amma buna baxmayaraq, gözəl idarəçilik oldu. Amma bu qarşılaşmanın cavab oyunumuz var, "Bakı" məğlub edə biləcəyimiz bir rəqibdir. Heç bir komandadan qorxmuruq. Kamal Bayramovu son oyunlarda göstərdiyi performansına görə əsas heyətdə yer verdim".
saytlarin hazirlanmasi