Komanda "Sumqayıt"la oyunun hazırlıqlarına start verdi
"Xəzər Lənkəran" dünən "Araz Naxçıvan"la kubok matçından (1:1) sonra Bakıya qayıdıb.
Sportal.az xəbər verir ki, komanda bu gün Premyer Liqanın 26-cı turunda qarşılaşacaqları "Sumqayıt"la oyunun hazırlıqlarına start verib. "Neftçi"nin köhnə bazasında baş tutan məşqdə dünən "Araz Naxçıvan"la qarşılaşmada iştirak edən futbolçular yer almayıb. belə ki, futbolçulara bu gün saat 23:00-a kimi dincəlmək üçün vaxt verilib. Sabahdan komanda tam heyətlə hazırlıqlarını davam etdirəcək.
saytlarin hazirlanmasi