Komandada istirahət başa çatır
Premyer Liqanın XXXII turu çərçivəsində səfərdə “İnter” klubundan böyükhesablı məğlubiyyətini alan “Xəzər Lənkəran” dünən sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, gün ərzində istirahət edən komanda axşam saat 23:00-da “Modern” otelində yenidən bir araya gəlib. Gecəni paytaxtda keçirən “Xəzər Lənkəran” bu gün saat 11:30-da cənub istiqamətində doğma şəhərə yollanacaq. Komanda saat 18:30-da stadionun ehtiyat meydançasında yüngül məşq keçəcək. Hazırlıq prossesinə Mustafa Dənizlinin köməkçiləri rəhbərlik edəcəklər.
Baş məşqçi Mustafa Dənizli klub rəhbərliyi ilə keçirdiyi gizli görüşdən sonra təcili olaraq Türkiyəyə yollanıb. Təcrübəli çalışdırıcının səhhətindəki problemlərlə bağlı qardaş ölkəyə 2-günlük getdiyi iddia edilsə də burada başqa məqamların olması da istisna deyil.
12cioyuncu.info
saytlarin hazirlanmasi