Komandaların cəzası qüvvədə qaldı
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib.
Sportal.az xəbər verir ki, iclasda“Neftçi” və “Xəzər Lənkəran”ın müraciətlərinəbaxılıb."Neftçi" - "Rəvan" oyundan sonra təhlükəsizliyin təmin olunmaması, "Xəzər Lənkəran" isə "Qəbələ" ilə görüşdə azarkeşlərinin pirotexniki vasitələrdən istifadəsinə görə aldığı cəzaya yenidən baxılmasını xahiş etmişdi. Müzakirələrdən sonra qərara alınıb ki, İntizam Komitəsinin hər iki klubla bağlı qərarı qüvvədə saxlanılsın.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinaL mərhələsinin ilk oyunları zamanı “Neftçi” azarkeşləri meydanı tərk edən rəqibin futbolçularına əşyalar atdıqları üçün 2 min, dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığı üçün isə 5 min, “Xəzər Lənkəran” fanatları tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün 1000 manat cərimə olunub.
saytlarin hazirlanmasi