AZAL-ın futbolçusu: "Bakıda qəhvə və geyim çox bahalıdır"

14:20 - 29 Aprel 2014

"Komandam növbəti mövsüm ilk dörd yer uğrunda mübarizə aparacaq"
 
"Azərbaycan çempionatına tez uyğunlaşdım, dörd qol vurub bir neçə qol ötürməsi etmişəm. Burada çempionat yaxşıdır. Komandam qarşıdakı mövsümdən ilk dördlük uğrunda mübarizə aparacaq. Komandamla müqaviləm hələ iki il qüvvədə olacaq. Görək, gələcək nə göstərəcək".
 
Sportal.az xəbər verir ki, bu sözləri Qazaxıstan mətbuatına AZAL-ın hücumçusu Nedo Turkoviç bildirib. O, Azərbaycan haqqında öz təəssüratlarını da bölüşüb.
 
" Bakıda Serbiya, Bosniya və Xorvatiyadan çoxlu oyunçu var. Hamımız bir yerdə vaxt keçiririk və mən özümü evdəki kimi hiss edirə"Yaxşı insanlar var. Şəhər və hava da əladır. Ancaq Bakı çox bahalı şəhərdir. Məsələn qəhvə və geyim burda çox bahalıdır"

Xəbər xətti