Sportal.az xəbər verir ki, Tovuzda işgüzar səfərdə olan millət vəkili Tovuz şəhər stadionuna TRT-nin Bakı təmsilçiləri ilə birlikdə gəlib.
Komandanın vəziyyəti ilə maraqlanan Paşayeva futbolçularla tək tək söhbət edib, klub prezidenti Namiq Məstanovla klubun inkişafı üçün fikir mübadiləsi aparıblar. TRT bu görüşdən geniş reportaj hazırlayıb. Sonda qonaqlarla klub rəsmiləri çay süfrəsi arxasında söhbət ediblər.