"Rəvan" Lənkərana itkilərlə yollanır

00:50 - 1 May 2014

Komandada 4 itki var
 
Premyer Liqanın 32-ci turu çərçivəsində "Xəzər Lənkəran”ın qonağı olacaq "Rəvan” bu oyuna hazırlığı tamamlayıb.
 
Sportal.az xəbər verir ki, "aslanlar” bu gün saat 9:30-da Bakını tərk edəcəklər.


Heyətdə cəzalı futbolçu olmasa da, zədəlilərin durumu baş məşqçi Güvənç Kurtarı qayğılandırır. Belə ki, polşalı qapıçı Lukaş Sapela, braziliyalı hücumçu Tyaqo Mirasema və yarımmüdafiəçi Elvin Həsənəliyevin "Xəzər Lənkəran”a qarşı oynayıb-oynamayacaqları sual altındadı. Oke Akpovetanın meydana çıxmayacağı isə dəqiqdi. Zədədən əziyyət çəkən nigeriyalı hücumçu rəhbərlikdən icazə alaraq, yaşadığı Danimarkaya yollanıb. O, həftəsonu geri dönəcək.

Qeyd edək ki, mayın 2-də keçiriləcək "Xəzər Lənkəran” – "Rəvan” matçı saat 18:00-da başlayacaq.

Xəbər xətti