Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klunun rəsmi saytına açıqlamasında deyib. Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində evdə "Qarabağ"la qarşılaşacaq "Bakı"nın serbiyalı çalışdırıcısı bu görüşdə qələbə qazanmaq istədiklərini bildirib:
"Cari mövsüm “Qarabağ”a iki oyunda məğlub olub, birində qalib gəlmişik. Bu dəfə də “Qarabağ” məğlubiyyətlə üzləşə bilər. Aparıcı oyunçularım sabah meydanda olmayacaq. Lakin bu, “Bakı”nın istəyini dəyişmir. Hər şey bizim öz əlimizdədi. Real duruma baxıb düşünmək lazımdı. Qarşıdakı oyunlara baxaq görək vəziyyət necə olacaq?! İndiki halda komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.
"Bakı" - "Qarabağ" oyunu sabah, saat 15:00-da başlayacaq.