"Yarımfinal və finala baxanda göz yaşlarımı saxlaya bilmədim"

22:20 - 1 May 2014

Sergey Baltaça: "SSRİ yığması dünya çempionatının finalında oynamalı idi"
 
 
SSRİ yığma komandasının sabiq üzvü Sergey Baltaça ötən günləri xatırlayıb. Sportal.az xəbər verir ki, Kiyev “Dinamo”sunun şərəfini qoruyan futbolçu 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatındakı çıxışını yada salıb. DÇ-1982-nin ilkin qrup mərhələsində Yeni Zellandiya ilə qarşılaşmada müdafiəçi SSRİ yığmasının 3-cü qolunu vurub. Braziliya millisindən sonra qrupda ikici olan SSRİ ikinci mərhələdə Polşa, Belçika yığmaları ilə mübarizə aparıb. Lakin top fərqinə görə polşalılardan geri qalan SSRİ qrupdan çıxa bilməyib. Sergey Baltaça həmin dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb: 
 
"Futbola gedən hər bir uşaq dünya çempionatında oynamaq istəyər. 1982-ci il dünya çempionatında bir çox tanınmış hücumçular oynayırdı. Onda əksər futbolçular final mərhələsində fəqlənə bilmədilər. Ancaq bu mənə nəsib oldu. Müdafiəçı olsam belə Yeni Zellandiya ilə qarşılaşmada qol vurdum. İkinci mərhələdə mübarizəni dayandıranda bu mənə pis təsir etdi. Evdə televizorla yarımfinal və final oyunlarına  baxanda goz yaşlarımı saxlaya bilmədim. Əslində finalda SSRi yığması olmalı idi. Bəzən  yaxşı komandalar dünya çempionatında istədiyi nəticəni əldə edə bilmir.  Futbolda bəxt amili də var. Açığı, onda bəxtimiz gətirmədi və nəticədə fnala vəsiqə qazana bilmədik".
 
Sergey Baltaça Braziliyada keçiriləcək dünya çempionatında çempionluğa favorit olan komandanın da adını açıqlayıb:
 
"Mənə elə gəlir ki, ölkəsində keçiriləcək mundial Braziliya millisi üçün böyük önəm daşıyır. İnanmıram ki, braziliyalılar bu fürsəti əldən versinlər. Çox güman ki, elə dünya çemponu  Braziliya yığması olacaq".                    

Xəbər xətti