"Qarabağ"ın 21 illik həsrəti bu gün başa çata bilər

09:12 - 2 May 2014

Qurban Qurbanovun yetirmələri çempion ola biləcəkmi?
 
Bu gün Premyer Liqada XXXIII turun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, bu gün Premyer Liqada çempionun adına aydınlıq gələ bilər. Bunun üçün “Qarabağ” səfərdə “Bakı”nı məğlub etməli, “Sumqayıt” isə “İnter”in meydanından xalla qayıtmalıdır.

Belə olan halda, Ağdam təmsilçisi 21 ildən sonra çempion adını qazanacaq. "Bakı"ya isə mütləq qələbə lazımdır. Ardıcıl uğursuz nəticələrdən sonra bu qarşılaşma "Zolaqlılar"a avrokuoklara vəsiqə qazanmaq üçün son şans ola bilər.
 
5 ardıcıl qələbə qazanan "İnter" isə 5 oyundur məğlub olmayan "Sumqayıt"ı qəbul edəcək. "İnter"in Sumqayıt təmsilçisinin üzərində asan qələbə qazanacağı heç də inandırıcı deyil.

Xəbər xətti