"Komandamızdakı problemlər yavaş-yavaş həll olunur"

18:39 - 2 May 2014

Pantiç: "Qarabağ" qol imkanı yarada bilmədi"
 
"Oyundan razı qaldım, çempionatın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” gələcək çempiondur. Buna baxmayaraq, rəqib qol imkanı yarada bilmədi"
 
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç "Qarabağ"la oyundan sonra bildirib. O, əsas heyətdə itkilərin olmasından da danışıb:
 
 "Əsas heyətimizin bir neçə oyunçusu bu gün yox idi, bəlkə də, bu, nəticəyə təsir etdi. Hər şey başqa cür ola bilərdi. Oyunda qol da vurduq, lakin epizod oyundankənar vəziyyət kimi qeydə alındı. Hakimlərə irad bildirməyəcəm. Komandamızdakı problemlər yavaş-yavaş həll olunur".

Xəbər xətti