Sportal.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasında "Rəvan"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Türkiyəli çalışdırıcı bu matça əvvəlcədən çox yaxşı hazırlaşdıqlarını bildirib:
“Məşqlərdə üzərində işlədiyimiz tapşırıqları futbolçular lazımınca yerinə yetirdikləri üçün məmnunam. Oyun boyu intizamı saxladıq. Oyuna hakim olan, dəqiq ötürmələr verən, bu gün. 4:0 hesablı qələbə qazandıq, buna görə çox şadam. Eyni ciddiyyəti və qələbə əzmini qarşıdakı oyunlarda da göstərəcəyik”.