Sportal.az xəbər verir ki, Kurtar məğlubiyyətə belə şərh verib:
“Bu günə qədər oynadığımız ən pis oyunlardan biri idi. İnanılmazdır! Rəqib komandanın futbolçularını təbrik edirəm. Turnir cədvəlinin son pilləsində olduğumuz üçün son dörd matçda qalib gəlmək istəyirdik. Qarşıda hələ üç oyunumuz var, ikisini öz meydanımızda, birini isə səfərdə oynayacağıq. Bu görüşlərdə qalib gəlməyə çalışacağıq. Ən azından son pillədən qurtulmaq istəyirik. Rəqibin kimliyindən asılı olmayaraq qarşıdakı oyunlarda bu cür məğlub ola bilmərik. Mövsümü qalib gələrək başa vurmaq istəyirik. Buraxılan qollara görə yalnız qapıçı deyil, bütün futbolçular məsuliyyət daşıyır”.