Tərlan Əhmədov: "Növbəti turda bizi "Neftçi" ilə oyun gözləyir"

22:22 - 2 May 2014

"Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi"
 
Premyer Liqada 33-cü turun oyunları keçirilib və AZAL səfərdə "Simurq"la qolsuz heç-heçəyə razılaşıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları dilə gətirək.
 
"Simurq” çox yüksək səviyyəli komandadır, zəif cəhətləri olmayan rəqibdir. Bura qələbə üçün gəlmişdik. Rəqib istədiyimiz oyunu göstərməyə imkan vermədi. Çempionatda elə bir iddiamız qalmayıb, komanda yavaş-yavaş özünə gəlir, hələ də çatışmazlıqlarımız var. Həm qol vura bilmirik, həm də oyunçu baxımdan sıxıntımız var. 4 futbolçumuz zədə səbəbindən artıq mövsümü bitirib. Komanda getdikcə öz oyununu tapır, xallar qazanır. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq. Artıq bu oyunu unutmuşuq, növbəti turda bizi “Neftçi” ilə oyun gözləyir"

Xəbər xətti