I Divizion: "Araz Naxçıvan" çempion oldu

00:35 - 3 May 2014

Naxçıvan təmsilçisi Şəmkirdən 3 xalla qayıtdı
 
Dünən keçirilən iki oyunla futbol üzrə Azərbaycan birinci divizionunda 28-ci tura start verilib.

Sportal.az xəbər verir ki, səfərdə "Şəmkir"i 2:1 hesabı ilə məğlub edən "Araz Naxçıvan" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

2 may

“Şəmkir” - “Araz Naxçıvan”  1:2

Qollar: Anar Rzayev, 20 (p.) // David Janalidze, 9 (p.); Tərlan Xəlilov, 11

“Energetik” - “Şahdağ” 1:2
Qollar: Turan Yusiov, 86 // Zeynal Hacıyev, 33; 79

Xəbər xətti