Sportal.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları "Sumqayıt"ın prezidenti Kamran Quliyev və futbol yazarı Rəşad Fərhadoğlu olub. Verilişdə Rəşad Fərhadoğlu "Sumqayıt" barədə tənqidi fikirlər səsləndirib :
"Bakı ətrafında qoruqlar var, bunu hamı bilir. Qobustan qoruğu var, İçərişəhər qoruğu var. Bu qoruqlar dövlət tərəfindən qorunur. "Sumqayıt" klubu isə AFFA-nın qoruğudur. Çünki bu klub da AFFA tərəfindən qorunur".