Dənizli danışdı: "Xəzər Lənkəran"da qalır, yoxsa gedir? MÜSAHİBƏ

00:11 - 5 May 2014

"Bunlar komandadan getməyimə ya da Azərbaycana qayıtmamağıma səbəb deyil"

 
 "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli futbol11.az saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
 
- Mustafa bəy, səhhətiniz necədir?
-Yaxşıdır, Alalha şükür, hər şey yolundadır.
 
- Türkiyəyə getdikdən sonra sizin komandadan getdiyiniz barədə bir çox söz-söhbətlər yaranıb...
-Yox,yox.
 
- Komandadan getmənizə səbəb ailə problemlərinizin olduğu deyilir.
- Kiçik problemlər var idi. Amma, bunlar komandadan getməyimə ya da Azərbaycana qayıtmamağıma səbəb deyil. Burda yeni mövsümlə bağlı işlər görürəm. Gəldiyim zaman da mətbuat konfransı keçirəcəm və bunlar barədə məlumat verəcəm.
 
- Konkret soruşum, komandada qalacaqsınız, yoxsa gedəcəksiniz?
- Təbii ki, qalmaq üçün "Xəzər Ləkəran"a gəlmişəm. Getmək üçün yox.
 
- Türkiyədə Mübariz Mənsimovla görüşə bildiniz?
- İnşallah sabah görüşəcəyik.
 
- Azərbaycana nə vaxt qayıdacaqsınız?
- İkinci gün gələcəm.
 
- Yeni mövsümdə də sizi burda görəcəyik..
- Onun planını həyata keçirmək üçün burdayam.
 
- Yəni, hələki dəqiq deyil?
- İşlər var, onları görməliyik. Bunları görmək üçün də düşndüklərimizi həyata keçirməliyik. Komandaya gəliş əbəbim də yaxşı bir heyət formalaşdırmaq idi. Gəldiyim müddətdə davam edə bilsəydik də, kubokda finala qədər gedəcəkdik. Yarımfinalda uduzduq və bu mövsüm üçün görüləcək elə ciddi bir iş qalmadı. Yeni planların arxasınca gedəcəyik.
 
- Yeni planlar deyirsinz, amma, yeni mövsümlə bağlı ümidverici danışmırsınız. Yəni, qalacaqsınız, ya gedəcəksiniz, bax bu barədə konkret cavab vermirsiniz.
- Əlbəttə, yeni mövsümdə də komandanın baş məşqçisi mən olacam.

Xəbər xətti