"Qarabağ"da "İnter"lə matçöncəsi üzlər gülür

12:31 - 5 May 2014

Kapitan sıraya döndü
 
"Qarabağ" "İnter"lə oyunun hazırlığına start verib.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın 34-cü turunda "bankirlər"i qəbul edəcək komanda gündə 1 məşqlə hazırlıqlarını davam etdirir.
 
Sonuncu turda "Bakı"yla qolsuz heç-heçəyə razılaşan komanda Suraxanı qəsəbə stadionunda məşq keçir. "Bakı"yla oyunu cəza səbəbindən buraxan Rəşad Sadıqov artıq geri dönüb. Kapitan "İnter"lə görüşdə komandasını oyuna çıxara biləcək.
 
Qeyd edək ki, "Qarabağ" - "İnter" oyunu mayın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 19:00-da start götürəcək.

Xəbər xətti