Azarkeşlər "Araz Naxçıvan"ı ziyana saldı

16:46 - 5 May 2014

I Divizionda cəzalar məlum oldu
 
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 
 
Sportal.az xəbər verir ki, bu gün baş tutan iclasda aparılan müzakirələrdən sonra I divizionun 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

"Şəmkir" - "Araz Naxçıvan" matçının 12-ci dəqiqəsində "Araz Naxçıvan"ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 100 manat cərimə olunub.

"Ağsu" - "Lokomotiv" oyununun 90-cı dəqiqəsində "Lokomotiv"in futbolçusu Çingiz Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

"Qaradağ Lökbatan" - "Karvan" oyununun 63-cü dəqiqəsində "Qaradağ Lökbatan"ın futbolçusu Taleh Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.

"Mil-Muğan" MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Xəbər xətti