Qurban Qurbanov: "Superkubokun təxirə salınmasını istəyərdim"

22:05 - 10 Avqust 2014

"Çox sıx oyun qrafikimiz var"

 

Azərbaycan Premyer Liqasının ilk turunda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşdı. Rəqibini 3-0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin heyətində Reynaldo dubl edib.

Sportal.az xəbər verir ki, “Qarabağ” klubunun məşqçisi: Qurban Qurbanov qarşılaşma ilə bağlı bunları söyləyib:

 

Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Yeni mövsümün başlaması ilə hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı, ikinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündən bir oyunumuz olduğu üçün bəzi futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a uğurlar arzulayıram. Superkubokun təxirə salınmasını istəyərdim, bu, həm bizim üçün, həm də “Neftçi” üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər”.

Xəbər xətti