Şəhriyar Əliyev: "17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam"

11:50 - 14 Avqust 2014

Kompensasiyaya münasibət 

 
"Təbii ki, "Bakı" öz istəyin bildirə bilər. Amma burda başqa məsələ var. Mən "Bakı" Futbol Klubunun akademiyasının yetirməsi deyiləm".
 
Sportal.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yeni transferi Şəhriyar Əliyev klubun rəsmi saytına açıqlamasında deyib.
 
"Bakı"dan transfer olunan milli komandamızın üzvü  sabiq komandasının onun üçün "Qarabağ"dan kompensasiya tələb etməsinə münasibət bildirib: "Mən 17 yaşıma kimi məhz "Qarabağ"da oynamışam. Daha sonra isə "Bakı"ya keçmişəm. 17 yaşıma qədər "Bakı"da çıxış etsəydim, onda Akademiyanın yetirməsi sayılardım.  Yəni mən elə "Qarabağ"ın yetirməsiyəm. 17 yaşımda "Bakı"nın əvəzedici heyətinə keçmişəm və burada 2 il oynadıqdan sonra əsas komandaya götürüblər. Başqalarını bilmirəm, amma mənimlə olan məsələ bu cürdür".

Xəbər xətti