Həmyerlimiz 12 dəqiqə meydanda oldu
Türkiyə PTT I Lqasında XXI turun növbəti oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin futbolçusu Vaqif Cavadovun formasını geyindiyi "Boluspor" səfərdə meydana çıxıb. Təmsilçimizin komandası liderlər qrupunda qərarlaşan “Adana Dəmirspor”la üz-üzə gəlib. Qarşılaşmada meydan sahibləri Bolu klubunu 1:0 hesabı ilə məğlub edib. Bu görüşdə Cavadov ötən tur "Samsunspor"la oyundan fərqli olaraq, meydana çıxma şansı qazanıb. Yığmamızın üzvü son 12 dəqiqə oynayıb. Aktivində 27 xal olan "Boluspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşır.
saytlarin hazirlanmasi