Ufuk 90 dəqiqə oynadı, komandası qələbə qazandı

10:47 - 23 Fevral 2015

PTT I Liqada 21-ci tur
 
Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:0 hesablı qələbəsi ilə bitib. Ufuk 90 dəqiqə meydanda olub. Qeyd edək ki, "Qaziantep BB" hazırda turnir cədvəlində 23 xalla 14-cüdür.

Xəbər xətti