33 nəfər saxlanılıb
İtaliyanın baş naziri Matteo Renzi Hollandiyanın “Feyenoord” klubundan Romada yaşanan xoşagəlməz insidentlə bağlı üzrxahlıq tələb edir.
Sportal.az xəbər verir ki, UEFA Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlərin şəhərin tarixi meydanlarından birini dağıtmasına baş nazirin reaksiyası sərt olub. O jurnalistlərə açıqlamasında vurğulayıb ki, bir qrup insanlar tərəfindən Romanın ən gözəl məkanlarından olan bir ərazinin dağıdılması qəbuledilməz və ağlasığmaz bir hərəkətdir: “Bu hadisəyə görə klub üzr istəməlidir”.
Qeyd edək ki, Romanın mərkəzi meydanlarından birində matçdan sonra yaşanan qarşıdurma ilə bağlı artıq 33 nəfər saxlanılıb.
saytlarin hazirlanmasi