Hollandiya cəzasını yoldaşlıq matçı ilə ödəyəcək

21:01 - 23 Fevral 2015

Bu ilin noyabrında...

 

Xəbər verdiyimiz kimi, UEFA Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində “Roma”- “Feyenord” qarşılaşmasını izləmək üçün İtaliya paytaxtına gələn hollandiyalı azarkeşlərin şəhərin tarixi meydanlarından birini dağıdaraq şəhərə külli miqdarda ziyan vurub.

 

Sportal.az xəbər verir ki, bu hadisə ilə bağlı Hollandiya Futbol Federasiyası  İtaliya ilə yoldaşlıq matçı keçirməklə kompensasiyanın ödənilməsi qərarını qəbul edib.

 

Qeyd edək ki, İtaliya ilə Hollandiya arasında keçiriləcək matçın noyabr ayında keçirilməsi planlaşdırılır.

Xəbər xətti