"Qarabağ"a qarşı oynamış futbolçu seks qalmaqalına görə komandadan uzaqlaşdırıla bilər

21:15 - 26 Fevral 2015

Oyun gedə-gedə...

 

"Boka Xuniors"un argentinalı hücumçusu Pablo Osvaldo adının seks qalmaqalında hallanmasına görə komadadan uzaqlaşdırıla bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Argentina çempionatının son turunda keçirilən "Temperlem" - "Boka Xuniors" (0:2) matçının gedişatında otellərin birində bir qadınla yaxalanan Osvaldo etdiyi hərəkətlə bağlı klubdan qovulmaq ehtimalı var. Klubun baş məşqçisi Rodolfo Arruabarrena da baş verən hadisəyə çox qəzəblənib və dərhal futbolçunun komandadan gedəcəyini bildirib.

 

Qeyd edək ki, müqavilə ilə "Sautqempton"a məxsus olan Osvaldo daha öncə "İnter"də icarə əsasında oynayıb.

Xəbər xətti