Hər biri ilə 1 illik müqavilə Növbəti mövsüm yenidən Premyer Liqada çıxış edəcək "Kəpəz" artıq legioner futbolçuları ilə də münasibətlərini rəsmiləşdirib. Sportal.az xəbər verir ki, gəncəlilər 4 əcnəbi oyunçu Dario Federiko, Junior Osvaldo, Tadas Simiatis və Aleksandr Sıtniklə müqavilə bağlayıb. Qeyd edək ki, futbolçuların hər biri ilə 1 illik müqavilə bağlanılıb. saytlarin hazirlanmasi