Komandası qələbə qazanıb
Latviya birinci liqasında növbəti turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "1625 Liepaya" komandası da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə "Tukums 2000" komandasının qonağı olub. Qarşılaşma “Liepaya”nın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əvvəlki turda dubla imza atan Vüqar bu oyunda da iki qol vurub.
Qeyd edək ki, Əsgərovun komandası hazırda 36 xalla dördüncü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi