Hollandiya superkubokunu PSV qazandı

01:57 - 3 Avqust 2015

Eyndhoven təmsilçisi “Qroningen”I üstələdi  
 
Hollandiya superkubokunun qalibi bəlli olub.
 
Sportal.az xəbər verir ki, həlledici oyunda son çempion PSV və kubokun sahibi  “Qroningen” klubları üz-üzə gəlib.
 
Qarşılaşma Eyndhoven təmsilçsinin 3:0 hesablı  qələbəsi ilə başa çatıb. 
 
Bununla da PSV tarixində 10-cu dəfə Hollandiya superkubokuna sahib çıxıb.
 
 
“Qroningen” – PSV 0:3
Qollar: De Yonq, 25, Maher, 50, De Yonq, 63

Xəbər xətti