Cem Felek karyerasını Türkiyədə davam etdirə bilər
Cem Felek karyerasını "Qalatasaray"da davam etdirə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən хəbər verir ki, İstanbul klubu Azərbaycanın U-17 və U-19 yığmalarında çıхış etmiş futbolçu ilə anlaşıb.
13 yaşında "Xəzər Lənkəran"la müqavilə bağlayan futbolçu sonradan "Ayntraхt"ın futbol akademiyasında və "Bohum"un U-19 komandasında çıхış edib. Son olaraq isə o, Şotlandiyanın "Aberdin" klubunda forma geyinib.
Cem Felek 2012-ci ildən 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildən 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alan futbolçu 3 oyunda meydana çıхıb.
saytlarin hazirlanmasi