Penaltilərlə qələbə qazandı
Almaniya Kubokunda birinci mərhələnin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi Toğrul Eratın çıxış etdiyi "Fortuna" səfərdə "Rot Vayss Essen"lə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı qolsuz bitdiyindən cütün taleyinə penaltilər aydınlıq gətirib. 3:1 hesabıyla üstün olan futbolçumuzun komandası mərhələ keçib.
Bir gün öncə klubun U-23 komandasının heyətində Qərb Regional Liqasında matça çıxmış Erat bu qarşılaşmanın iştirakçısı olmayıb.
saytlarin hazirlanmasi