Dramatik deuldən kataloniyalılar qalib ayrıldı
Bu gün Avropanın ən güclü klubunun adına Superkubok matçında aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdəki “Dinamo Arena”da baş tutan görüşdə Çempionlar Liqasının son qalibi “Barselona” ilə Avropa Liqasını qazanan “Sevilya” qarşılaşıb.
Qarşılıqlı qollarla başlayan qarşılaşmada azarkeşlər qol "yağışı"na şahidlik ediblər. "Sevilya" hesabı açmasına baxmayaraq, "Barselona" dərhal buna cavab verib. İkinci hissənin əvvəlində kataloniyalılar hesabda 4:1 irəlidə olmasına rəğmən əndəluslular təslim olmayıblar.
Bununla da oyunda möhtəşəm i dönüş edən “Sevilya” hesabı bərabərləşdirib - 4:4.Bu isə qalibi müəyyən etmək üçün görüşün daha yarım saat uzanmasına səbəb olub.Əlavə vaxtda Pedro Rodrigesin qolu "Barselona"nın dramatik dueldən qalib ayrılmasıyla nəticələnib.
Kataloniya təmsilçisi bu il İspaniya La Liqası, İspaniya Kral Kuboku və UEFA Çempionlar Liqasından sonra UEFA Superkubokunun da qalibi olub.Tarixi ərzində 9-cu dəfə Superkubokda çıxış edən “Barselona” 5-ci dəfə kuboka yiyələnərək rekordçu “Milan”a çatıb. .
11 avqust
Avropa Superkuboku
“Barselona” (İspaniya) – “Sevilya” (İspaniya) 5:4
Qollar: Messi, 7, 16, Rafinya. 44, Luis Suares, 52, Pedro, 115 - Baneqa, 3, Reyes, 57, Qameyro, 72-pen., Konoplyanka, 81
saytlarin hazirlanmasi