Millimizin sabiq üzvü klubsuz qalıb

21:12 - 12 Avqust 2015

"Yan Regensburq" klubunda baxışdadı

 

Azərbaycan milli komandasının sabiq hücumçusu Rüfət Dadaşov hələ də özünə yeni klub tapa bilməyib.

 

Sportal.az xəbər verir ki, o, hələ də Almaniyanın "Yan Regensburq" klubunun düşərgəsində baxışdadı. Lakin klub rəhbərliyi hələ də onunla müqavilə bağlamayıb. Yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərən Dadaşovla müqavilə bağlanacağı deyilsə də, rəhbərlik qərar vermək üçün tələsmir.

Xəbər xətti