İspaniyalı hücumçu "Porto"nu tərk edir

02:05 - 13 Avqust 2015

Adrian Lopes klubunu dəyişmək istəyir
 
“Porto”nun hücumçusu Adrian Lopes klubla yollarını ayırmaq qərarına gəlib.
 
Sportal.az xəbər verir ki,  27 yaşlı ispaniyalı futbolçu bu barədə məşqçilər korpusuna da məlumat verib.
 
Ötən mövsüm zədə üzündən meydanlardan kənar qalan Lopes indi “Poro”nun əsas heyətinə düşməkdə çətinlik çəkir.
 
Portuqaliya təmsilçisində rəqabətin güclü olduğunu görən futbolçu klubunu dəyişmək istədiyini bildirib:
 
“Porto”nun əsas heyətində yer alacağımı düşünmürəm.  Çünki komandada elə futbolçular var ki, onlarla rəqabət aparmaq mənə çətin olacaq. Ona görə də, baş məşqçiylə məsləhətləşib komandamı dəyişmək istəyimi ona bildirdim”.
 
Qeyd edək ki, ispaniyalı forvardın “Porto”yla 2019-cu ilin yayına qədər müqaviləsi var.  

Xəbər xətti