V turun matçı
Ukrayna çempionatında V turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin yenicə müqaviləsini uzatdığı "Metallurq” "doğma divarlar” arasında "Vorskla” ilə qarşılaşıb. İlk 4 turda çıxış etməyən futbolçumuz adı klubun sifariş vərəqəsinə daxil edilən kimi start heyətində meydana çıxıb. Paşayevin 90 dəqiqə müdafiənin sağında mübarizə apardığı matç 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, "Metallurq" 5 turdan sonra 2 хalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi