Serbiya çempionatı
Azərbaycan milli komandasının sabiq üzvü Branimir Subaşiç Serbiya çempionatında növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu şərəfini qoruduğu OFK Belqrad 6-cı turun oyunu çərçivəsində səfərdə "Yavor"la qarşılaşıb. Təcrübəli futbolçu 90 dəqiqə meydanda olsa da komandasına qələbə qazandıra bilməyib. Belə, ki Belqrad təmsilçisi bu qarşılaşmada 0 – 2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, 6 turdan sonra OFK aktivindəki 6 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi