6-cı qolu
Latviya 1-ci liqasında 18-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Vüqar Əsgərovun komandası - "1625 Liepaya" klubu səfərdə "Olaine" ilə qarşılaşıb. Hesabı ilk yarıda meydan sahibləri açıblar. Amma start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar 78-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.
Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi "1625 Liepaya" klubundakı 6-cı qoludur. Onun komandası isə 40 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi