Latviya birinci liqasında 2-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" doğma meydanda "Tukums" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Matça start heyətdə başlayan və sonadək meydanda olan Vüqar komandasının qələbəsində xüsusi pay sahibi olub. Belə ki, qarşılaşmada hesabı 26-cı dəqiqədə məhz Əsgərov açıb. Bu, onun yeni mövsümdə 2-ci qoludu.
"Olayne" iki turdan sonra 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi