Slovakiya çempionatında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası - "Jilina" səfərdə "Tençin"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Şeydayev bu qarşılaşmaya start heyətlə başlayıb və sonadək oynayıb. O, 21-ci dəqiqədə hesabı açsa da, komandası sonrakı dəqiqələrdə iki qol buraxdığından, məğlub olub.
Ötən tur çempionluğunu rəsmiləşdirmiş "Jilina" 61 xalla çempionatın vahid lideridir.
saytlarin hazirlanmasi