Millimizin üzvü Dimitri Nazarov “Ersgebirge”nin heyətində növbəti qolunu vurub.
Sportal.az xəbər verir ki, o, II bundesliqanın XXXI turunda "Vuerzburger"lə keçirilən matçın 10-cu dəqiqəsində penaltidən fərqlənib. Qarşılaşma Nazarovun komandasının 3 - 1 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bu mövsüm Aue təmsilçisinin heyətində 7-i penaltidən olmaqla 9 qol vurub.
31 turdan sonra aktivində 38 xal olan "Ersgebirge" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi