Xorvatiya ikinci liqasında 30-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" səfərdə "Rudeş"lə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Elnur bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 44 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi