Yunanıstan çempionatında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, sonuncu - 30-cu turda azərbaycanlı futbolçu Amit Quluzadənin komandası - AEL səfərdə "Panatinaikos"la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Amitin adı bu qarşılaşmanın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 28 xalla mövsümü 16 klub arasında 14-cü pillədə başa vurub.
saytlarin hazirlanmasi