Almaniya Cənub Gənclər Bundesliqasında XXVI turun oyunları davam edir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt U-19" doğma meydanda çempionatın lideri "Bavariya U-19"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Startdan meydanda olan Dadaşov 34-cü dəqiqədə qolla vurduğu qolla qələbəyə töhfə verib.
Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 36-a çatdıran "Ayntraxt" turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib.
saytlarin hazirlanmasi