Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası olan "Olayne" doğma meydanda "Stayçeles Bebri" ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Matça start heyətdə başlayan Vüqar 32-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Amma elə həmin dəqiqədə zədələn Əsgərov əvəzlənib.
"Olayne" 4 turdan sonra 9 xalla 14 komanda arasında 4-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi