İtaliyanın "Venesiya" klubunun baş məşqçisi Filippo İnzaqi iş yerini dəyişə bilər. Gənc mütəxəssis Albaniya millisini çalışdıra bilər.
Sportal.az xəbər verir ki, Albaniya Futbol Federasiyası 43 yaşlı çalışdırıcıya bununla bağlı təklif göndərib.
Albaniya millisinin hazırkı çalışdırıcısı Canni De Byazi oktyabrda yığmadan ayrılacağını açıqlayıb.
Əlavə edək ki, "Qarabağ"ın futbolçsu Ansi Aqolli Albaniya millisinin kapitanıdır.
saytlarin hazirlanmasi