Albaniya Futbol Federasiyası2015/16 mövsümünün qalibi olan “Skenderbeu” klubunun çempionluğunu ləğv edib.
Sportal.az xəbər verir ki, buna səbəb komandanın həmin mövsüm idman etikasını pozması və danışılmış oyunlarda təqsirləndirilməsi olub.
Çempionluğun mövsümü ikinci pillədə başa vuran “Partizani”yə verilib-verilməməsiylə bağlı qərar qəbul edilməyib.
Qeyd edək ki, "Skenderbeu"nun ötən mövsüm ÇL-də iştirak hüququ əlindən alınmışdı. Komanda bu mövsüm Avropa Liqasında mübarizə aparacaq.
saytlarin hazirlanmasi