Çin Super Liqasının 14-cü turunun "Pekin Qoyan" - "Yantszu Saninq" matçında (0:0) meydan sahiblərinin türkiyəli hücumçusu Burak Yılmaz qalmaqala səbəb olub.
Sportal.az xəbər verir ki, matçın 90-cı dəqiqəsində Türkiyə millisinin forvardı yaranan dava-dalaş zamanı rəqib futbolçuya yumruq atdığına görə baş hakim tərəfindən birbaşa qırmızı vərə alaraq meydanı vaxtından əvvəl tərk edib.
Bu mövsüm "Pekin Qoyan" formasıyla çıxdığı 11 oyunda 8 qol vuran 31 yaşlı forvard Çində ilk dəfə meydandan qovulub.
saytlarin hazirlanmasi