Milli komandada ciddi itki

16:30 - 27 İyun 2017

Portuqaliya millisinin futbolçusu Pepe Konfederasiyalar kubokunda yarımfinal oyununu buraxacaq.
 
Sportal.az xəbər verir ki, buna səbəb onun A qrupunun sonuncu turunda Yeni Zelandiya ilə matçda (4 - 0) sarı vərəqə limitini doldurmasıdır. Turnirdə ikinci sarı vərəqəsini alan 34 yaşlı müdafiəçi cəzalı duruma düşüb.
 
Qeyd edək ki, 1/2 final mərhələsi çərçivəsində baş tutacaq Portuqaliya - Çili görüşü iyunun 28-də saat 22:00-da başlayacaq.

Xəbər xətti