Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub.
Sportal.az xəbər verir ki, yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Portuqaliya millisi ilk 3 zərbəni qola çevirə bilməyib. Cənubi amerikalılar isə hər 3 penaltidən yararlanaraq finala adlayıb.
Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.
Konfederasiyalar Kuboku-2017, yarımfinal
Portuqaliya – Çili - 0:0 (penaltilər - 0:3)
saytlarin hazirlanmasi