Konfederasiyalar Kubokunun yarımfinalında Portuqaliya - Çili matçı (0:0 / pen. 0:3) tarixi hadisə ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, oyunun 116-cı dəqiqəsində Portuqaliya yığmasının heyətində Andre Qomeşin əvəzinə oyuna Jelson Martinş daxil olub. Bu, milli komamdaların rəsmi oyunlarında ilk dəfə olaraq edilən dördüncü əvəzetmə kimi tarixə düşüb.
Xatırladaq ki, FİFA böyük turnirlərin pley-off mərhələsində əlavə vaxtda dördüncü əvəzetmənin keçirilməsinə icazə verib.
saytlarin hazirlanmasi